23:11
13°C
Bakı
İsrailin hava zərbəsi Hizbullahın “Radvan” qüvvələrinin dörd üzvünü, o cümlədən logistika rəhbərini öldürüb.
Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Ordudan verilən məlumata görə, zərbənin əsas hədəfi Kfar Rumman bölgəsində yerləşən logistika rəhbəri olub.
İsrail onun adını açıqlamayıb, lakin həmin şəxsin silahların daşınması və cənubi Livanda terror infrastrukturunu bərpa etmək cəhdlərində iştirak etdiyini bildirib.