Dəyəri 62 milyon dollardan çox olan narkotik maddə ələ keçdi
Dünya
791
12:10, Bu gün

Dəyəri 62 milyon dollardan çox olan narkotik maddə ələ keçdi

İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən "Gürbulak" keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb.
 
Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar).
 
O da bildirilib ki, 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə dəyəri 96 milyard dollar olan 30 100 kiloqram çəkidə narkotik maddə ələ keçirilərək məhv edilib. /Report/
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər