ABŞ-də səhrada 315 nəfərin külü tapıldı
Dünya
766
09:42, Bu gün

ABŞ-də səhrada 315 nəfərin külü tapıldı

ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib.
 
Moderator.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb.
 
Küllərin yanında heç bir nişanə və ya sənəd olmayıb. Bu da ölənlərin şəxsiyyətini müəyyənləşdirməyi praktiki olaraq qeyri-mümkün edib.
 
Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil qırıntıları və qabların parçaları tapılıb.
 
Qalıqların həqiqətən insanlara aid olduğu rəsmən təsdiqlənib.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər