Bizi sosial şəbəkələrdən izləyin:
"Tesla" və "SpaceX"in rəhbəri, amerikalı milyarder İlon Mask özünün "Neuralink" şirkətinin çipindən istifadə edənlərin təkmilləşdirmələr əldə edə biləcəyini bildirib.
Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Qeyd edək ki, Maskın şirkəti tərəfindən çipləşdirilmiş ilk xəstə, amerikalı Nolan Arbo olub. Sahibkar etiraf edib ki, implant qoyulan insanlar imkanlarını genişləndirmək üçün çiplərini yeniləyə biləcəklər. Maskın sözlərinə görə, Arbo təkmilləşdirmə əldə edən ilk insan ola bilər.
Mask, həmçinin vəd edib ki, "Neuralink" istifadəçiləri adi deyil, ikili implantlar əldə edə biləcəklər. Bildirilir ki, bunlar çipləşdirilmiş insanın qabiliyyətlərini əhəmiyyətli dərəcədə artırır. O, gələcəkdə implant sahiblərinin müəyyən fövqəladə qabiliyyətlərə malik olacaqlarına işarə edib.
"Neuralink"in sahibi nümunə olaraq çipin istifadəçinin reaksiyasını artırdığı vəziyyəti göstərib. Mask qeyd edib ki, implant daşıyıcısı son nəticədə uğurun reaksiyadan asılı olduğu üçün videooyunlarda əksər geymerləri məğlub edə biləcək.
Xatırladaq ki, oktyabrın əvvəlində "Neuralink"in prezidenti Doncin Seo bildirib ki, təxminən 10 min insan implant almaq istəyib. Hazırda şirkət 12 xəstəyə çip quraşdırıb. /oxu.az/