Bizi sosial şəbəkələrdən izləyin:
Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın DNT-sini araşdıraraq onun uzunömürlülüyünün səbəblərindən birini müəyyənləşdiriblər.
ABŞ-də doğulan, lakin ömrünün böyük hissəsini İspaniyanın şimal-şərqində yaşayan Branyas ötən il 117 yaşında dünyasını dəyişib.
Tədqiqatçılar bildiriblər ki, onun gündə üç dəfə qatıq yeməsi sağlam qocalmasına və uzunömürlülüyünə mühüm təsir göstərib. Alimlərin fikrincə, Branyasın rasionunda probiotik qatığın xüsusi yer tutması orqanizmdə faydalı bakteriyaların fəaliyyətini gücləndirib və immun sistemini möhkəmləndirib.
Maria Branyas öz uzunömürlülüyünü həm yaxşı genetika, həm də şansa bağlayırdı. Aparılan genetik araşdırmalar bu fikirləri qismən təsdiqləsə də, alimlər onun qidalanma vərdişlərinin də mühüm rol oynadığını vurğulayıblar.
Məlum olub ki, Branyasın bioloji yaşı real yaşından 23 il gənc olub. Onun gündəlik menyusuna qatıqla yanaşı, liflə zəngin qidalar və hər səhər səkkiz növ dənli bitkidən hazırlanmış smuzi daxil idi. Bu qidalar bağırsaq mikroflorasını gücləndirərək sağlamlığını dəstəkləyib.
Qeyd edək ki, Maria Branyas ömrünün təxminən 110 ilini İspaniyada keçirib. O, 2020-ci ildə COVID-19-a yoluxub və sağalıb, bununla da dünyada bu virusa qalib gələn ən yaşlı insan kimi tarixə düşüb. /Milli.az/