Vyetnamda daşqınlar 28 nəfərin həyatına son qoydu
Dünya
316
18:23, Bu gün

Vyetnamda daşqınlar 28 nəfərin həyatına son qoydu

Vyetnamın mərkəzi hissəsində qeydə alınan leysan yağışları və daşqınlar nəticəsində azı 28 nəfər ölüb, daha altı nəfər itkin düşüb.

Moderator.az bildirir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Məlumata görə, zamanı minlərlə insan sel və torpaq sürüşməsi nəticəsində su basmış, dağılmış evlərini tərk etmək məcburiyyətində qalıb.

245 mindən çox sakinin işıqsız qaldığı vurğulanır.

Oktyabrın 25-dən başlayan güclü yağışların noyabrın 4-dək davam edəcəyi proqnozlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər