Bizi sosial şəbəkələrdən izləyin:
Tanzaniya Prezidenti Samia Suluhu Hassan seçkilərdə ümumi səslərin 97%-dən çoxunu toplayaraq, yenidən dövlət başçısı seçilib.
Moderator.az bu barədə Tanzaniya Milli Seçki Komissiyasının saytına istinadən xəbər verir.
Samia Suluhu Hassan 2021-ci ildə keçmiş lider Con Maqufulinin ölümündən sonra Tanzaniya prezidenti vəzifəsini icra etməyə başlayıb.
O, idarəçiliyi dövründə iqtidar partiyasının hakimiyyətini möhkəmləndirib, ölkə infrastrukturunun və iqtisadiyyatının inkişafına yönəlik bir sıra islahatlar həyata keçirib.
Qeyd edək ki, ölkədə prezident, parlament və bələdiyyə şurası seçkiləri oktyabrın 29-da baş tutub.