Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Müdafiə Nazirliyi transgenderlərin ixtisar olunmalarına qarşı çıxmaq və xidmətlərinə davam etmək imkanlarını məhdudlaşdıran yeni qaydaları təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" Pentaqonun daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni qaydalar ABŞ ordusundan ixtisar olunan xüsusi yoxlama komissiyalara şamil edilir.
Əvvəllər komissiyalar xidmət edən hərbi qulluqçuların xeyrinə qərar verərək, xidmətə davam etmələrinə icazə verə bilərdilər. İndi hərbi komandanlıq bu qərarları ləğv etmək hüququna sahib olacaq.
Bundan əlavə, transgender hərbçilərin komissiya iclaslarına doğulduqları cinsiyyətə uyğun geyimdə gəlmələri tələb olunur. Bu tələb yerinə yetirilməsə, iclaslar şəxsin iştirakı olmadan keçiriləcək.