Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı
Dünya
465
11:30, Bu gün

Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı

İsrailin təhlükəsizlik və analitik məsələləri üzrə ixtisaslaşmış şirkəti "CGI Group" bəyan edib ki, ona oktyabrın 19-da Luvr muzeyindən oğurlanmış qiymətli əşyaların bir hissəsini "darknet" (Qaranlıq şəbəkə - red.) vasitəsilə əldə etmək təklif olunub.

Moderator.az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.

"Luvrdakı qarətdən beş gün sonra oğruların nümayəndəsi olduğunu iddia edən şəxs "CGI Group"un rəsmi saytı vasitəsilə bizimlə əlaqə saxlayıb. O, oğurlanmış incəsənət əsərlərinin "darknet" vasitəsilə alınması üçün danışıqlar aparmağa hazır olub-olmadığımızı soruşub və cavab vermək üçün 24 saatımızın olduğunu vurğulayıb", - deyə şirkətin baş direktoru Tsivika Nave nəşrə bildirib.

O qeyd edib ki, ünsiyyət "CGI Group"un saytı üzərindən başlayıb və daha sonra "darknet"ə keçib.

"CGI Group" məsələni Fransa hüquq-mühafizə orqanlarına bildirib, lakin oğurlanmış qiymətli əşyaları geri qaytarmaq mümkün olmayıb.

Link kopyalandı!
Son xəbərlər