Türkiyədə zəlzələ baş verdi
Dünya
382
10:00, Bu gün

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Balıkesir bölgəsində yenə zəlzələ baş verib.

Moderator.az AFAD-a istinadən xəbər verir ki, səhər saatlarında Sındırgı rayonunda baş verən 4.2 bal gücündə zəlzələ bölgədə təşviş yaradıb.

Zəlzələnin dərinliyi 6.79 kilometrdə olub.

İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, Balıkesirdə oktyabrın 27-də 6.1 ballıq güclü zəlzələ olub. Yeraltı təkanlar ətraf vilayətlərdə, o cümlədən İstanbulda hiss olunub.

Link kopyalandı!
Son xəbərlər