Barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı
Dünya
406
08:20, Bu gün

Barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

Rusiya paytaxtı Moskvada neyrocərrahlar nadir onurğa beyni şişi olan xəstənin həyatını xilas ediblər.

Moderator.az bildirir ki, bu barədə "Moskovskaya medisina" "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, qadın sağ əlinin orta barmağının ucunda keyləşmə və yanma hissi şikayəti ilə Botkinsk xəstəxanasına müraciət edib. Müayinə zamanı təxminən altı santimetr ölçüsündə intramedulyar onurğa beyni şişi aşkar edilib.

Məlum olub ki, xəstədə yetkinlərdə nadir rast gəlinən şiş - ependimoma var. Bu şişlər müxtəlif nevroloji xəstəliklər altında maskalanaraq sinir sistemi boyunca metastaz verə bilərlər.

Şiş uğurla çıxarılıb, hissiyyat bərpa olunub və xəstə sağalmağa doğru gedir.

Link kopyalandı!
Son xəbərlər