11:43
21°C
Bakı
Rusiyanın Novosibirsk şəhərində "Mayak" adlı gənclər evində mühafizəçi işləyən qadın hər gecə ruhlar gördüyünü iddia edib.
Moderator.az bildirir ki, bu barədə "KP.ru" "Telegram" kanalı məlumat verib.
Qadının sözlərinə görə, müşahidə kameralarının monitorunda konsert zalının oturacaqlarının üzərində uçan qəribə ləkələr görür. Hətta nəsə bir şey səhnəyə çıxır və orada yox olur, sonra yenidən peyda olur.
Qadın əvvəllər buna görə narahatlıq hiss etdiyini etiraf edib. Lakin indi artıq öyrəşdiyini qeyd edib. O, yoxlama üçün gecələr konsert zalına fənərlə girir.