06:50
16°C
Bakı
Moskva üzərində meteorit partlayıb.
Moderator.az xəbər verir ki, partlayan meteoritin dağıntıları Tver və Novqorod vilayətlərinə səpələnib.
Bazar ertəsi günü səmada görülən sirli yaşıl şarın diametri təxminən bir metr olan meteorit olduğu ortaya çıxıb.
O, atmosferə 35 km/saniyə sürətlə daxil olub, Voloqda, Çerepovets və Rıbinsk su anbarı üzərindən uçub və partlayıb.
Meteoritin dağıntıları indi hətta Moskva ilə Sankt-Peterburq arasındakı magistral yolda da tapılır - bəziləri basketbol topu qədər böyükdür.
Qeyd edək ki, sentyabrın 27-də gecə saatlarında Moskva səmasında yanan və sürətlə hərəkət edən yaşıl obyekt müşahidə olunub.