İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olunub
Dünya
1589
31 Oct 2025 | 23:45

İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olunub

İstanbul Bələdiyyəsinin daha dörd əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Moderator.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə bələdiyyənin Rəqəmsal Media Koordinatoru Ulaş Yılmaz, eləcə də Ağıllı Şəhərlər İdarəsinin əməkdaşları İsmet Korkmaz, Yusuf Utku Şahin və Baran Gönül həbs ediliblər.

Qeyd edək ki, həbs edilən şəxslər “İstanbul Senin” mobil tətbiqi vasitəsilə məlumat sızdırmaqda ittiham olunurlar. İstintaq zamanı 4,7 milyon istifadəçiyə məxsus məlumatların xarici ölkələrə ötürüldüyü, 3,7 milyon istifadəçinin məlumatlarının isə “dark web”də satışa çıxarıldığı müəyyən edilib.

Link kopyalandı!
Son xəbərlər