Rusiya Yaponiya səfirliyinə etiraz bildirib
Dünya
443
31 Oct 2025 | 19:40

Rusiya Yaponiya səfirliyinə etiraz bildirib

Rəsmi Moskva Rusiya sərhədləri yaxınlığında keçirilən "Joint Exercise 2025" təlimləri ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə sərt etiraz bildirib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yaponiyanın Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında təxribatçı hərbi fəaliyyəti təhlükəsizlik üçün təhdid yaradır.

Qeyd olunub ki, Rusiya Yaponiya-Amerika təlimləri zamanı "Tifon" orta mənzilli raket sisteminin yerləşdirilməsi ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Link kopyalandı!
Son xəbərlər