Ukrayna Rusiya ərazisində “Oreşnik” komplekslərindən birini məhv edib
Dünya
497
16:35, Bu gün

Ukrayna Rusiya ərazisində “Oreşnik” komplekslərindən birini məhv edib

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk “Oreşnik” komplekslərindən birinin məhv edilməsinin detallarını açıqlayıb.

Moderator.az "Unian"a istinadən xəbər verir ki, Malyuk bunu uğurlu əməliyyat adlandırıb.

“Daha əvvəl bunu heç vaxt səsləndirməmişik. Ancaq deyə bilərik ki, üç “Oreşnik”dən biri Kapustin Yarda uğurla məhv edilib. Bu, çox uğurlu bir missiya idi. “Oreşnik”in məhvi yüz faizlik idi. Bu, çox uğurlu əməliyyat idi, o vaxt ictimaiyyətə açıqlanmadı, bu barədə yalnız Ukrayna Prezidentinə məlumat verilib və digər ölkələrin bir neçə prezidenti bundan xəbərdar idi. Bu, “Oreşnik” adının ictimaiyyətdə heç kimin geniş şəkildə istifadə etmədiyi bir an idi. Və o dövrdə ruslar onunla təhdid etmirdilər. Səhv etmirəmsə, bu, keçən yaydan əvvəlki yay idi”, - Malyuk deyib.

Prezident Zelenski qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın “Oreşnik”lə üç atış imkanı olub. Onlardan birini istifadə edib, digərini isə Ukrayna müdafiə qüvvələri məhv edib.

Eyni zamanda, Zelenski Rusiya Federasiyasının Belarus ərazisində "Oreşnik" yerləşdirməyi planlaşdırdığını qeyd edib. Onun sözlərinə görə, bu, Qərb tərəfdaşlarının diqqətinə çatdırılmalıdır: "Biz başa düşürük ki, onların təxmini hərəkət radiusu 5500 kilometr təşkil edir. Və 700 kilometr ölü bir zona var. Yəni avropalılar, xüsusilə Şərqi Avropa və hamı buna diqqət yetirməlidir. Bu risklərə diqqət etmək lazımdır”.

 

Qeyd edək ki, "Oreşnik" yüksək dəqiqlikli silah olmaqla, bütün Avropada hədəfləri vurmağa qadir mobil yer kompleksidir. “Oreşnik” raketləri hədəflərə 10 Max sürətilə hücum edir. Bu saniyədə 2,5-3 km deməkdir. Hazırda dünyada "Oreşnik"in qarşısını almaq üçün heç bir vasitənin, hava hücumundan müdafiə sisiteminin olmadığı bildirilir.

Link kopyalandı!
Son xəbərlər