 
                            İran beynəlxalq sanksiyalardan yayınmaq məqsədi ilə dəmir yolu vasitəsilə Əfqanıstana yanacaq ixracına başlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
IRNA xəbər agentliyinin məlumatına görə, layihənin ilk mərhələsində İrandan dizel daşıyan 20 vaqon Əfqanıstana göndərilib.
Bildirilib ki, planın məqsədi ayda ən azı 30 min ton yanacaq məhsulunun ixracını təmin etməkdir.
Taliban yük daşınmasını təsdiqləyərək, bu prosesin özəl şirkət tərəfindən həyata keçirildiyini bildirib.
Bununla belə, göndərilən yanacağın Əfqanıstanın daxili bazarı, yoxsa oradan İran neft məhsullarının əsas alıcısı olan Çinə ötürülməsi üçün nəzərdə tutulduğu məlum deyil.
Xəbərdə bildirilir ki, son illər rəsmi Tehran sanksiyalardan yayınmaq üçün neft və neft məhsullarını dolayı marşrutlarla Çin bazarına çıxarır.
 
                             
                             
                             
                            