Piyadalar üçün YENİ QAYDA: Səkidə sürətli yeriyənlər cərimələnəcək
Dünya
499
15:40, Bu gün

Piyadalar üçün YENİ QAYDA: Səkidə sürətli yeriyənlər cərimələnəcək

Slovakiyada səkidə çox sürətli yerimək qadağan olunur.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, 2026-cı il yanvarın 1-dən etibarən ölkədə səkilərdə maksimal hərəkət sürəti 6 km/saatdan artıq olmayacaq.

Yeni limit kimlərə aiddir?

Qadağa yalnız piyada gəzənlərə deyil, həm də velosipedçilərə, skeytbord sürənlərə, skuter və elektro-skuter istifadəçilərinə şamil olunur. Rəsmilər bildirir ki, bu qərarın əsas məqsədi səkilərdə xüsusilə iki təkərli nəqliyyat vasitələrinin sürətini məhdudlaşdırmaqdır.

Qanun layihəsinin müəllifi, hakim “Smer” partiyasının üzvü Lyubomir Vajni deyib: “Əsas məqsəd skuter sürücüləri ilə bağlı artan toqquşmaları nəzərə alaraq, səkilərdə təhlükəsizliyi artırmaqdır”.

Mübahisələr və tənqidlər

Əhalinin orta piyada sürəti 4–5 km/saatdır. Lakin fiziki cəhətdən sağlam insan 6,4 km/saat sürətlə də rahat gəzə bilər. Bsə yeni qanuna görə artıq pozuntu sayılır.

Müxalifət qərarı kəskin tənqid edib. “Proqressiv Slovakiya” partiyasından Martin Pekar hesab edir ki, problemə real həll velosiped yollarının yaxşılaşdırılması olmalıdır:

Əgər yol-nəqliyyat hadisələrini azaltmaq istəyiriksə, təhlükəsiz velosiped zolaqları lazımdır, fiziki cəhətdən mümkünsüz məhdudiyyətlər yox. Bu sürətlə velosipedçi demək olar ki, tarazlıq saxlaya bilmir.

Hətta ölkənin Daxili İşlər Nazirliyi belə qərarı məqsədəuyğun saymayıb və daha məntiqli addımın elektroskuterlərin səkidə hərəkətinin tam qadağan edilməsi ola biləcəyini bildirib.

İctimai reaksiya

Slovaklar sosial şəbəkələrdə sual edir: avtobusa çatmaq üçün qaçanlar indi cərimə olunacaq?

Slovakiyada yeni qayda: səkidə çox sürətli yerimək qadağan olunur

Gələn ildən Slovakiyada yol hərəkəti qaydalarına yeni dəyişikliklər qüvvəyə minir. Politico-nun məlumatına görə, 2026-cı il yanvarın 1-dən etibarən ölkədə səkilərdə maksimal hərəkət sürəti 6 km/saatdan artıq olmayacaq.

Yeni limit kimlərə aiddir?

Qadağa yalnız piyada gəzənlərə deyil, həm də velosipedçilərə, skeytbord sürənlərə, skuter və elektro-skuter istifadəçilərinə şamil olunur. Rəsmilər bildirir ki, bu qərarın əsas məqsədi səkilərdə xüsusilə iki təkərli nəqliyyat vasitələrinin sürətini məhdudlaşdırmaqdır.

Qanun layihəsinin müəllifi, hakim “Smer” partiyasının üzvü Lyubomir Vajni deyib:

Əsas məqsəd - skuter sürücüləri ilə bağlı artan toqquşmaları nəzərə alaraq, səkilərdə təhlükəsizliyi artırmaqdır.

Mübahisələr və tənqidlər

Əhalinin orta piyada sürəti 4–5 km/saatdır. Lakin fiziki cəhətdən sağlam insan 6,4 km/saat sürətlə də rahat gəzə bilər - bu isə yeni qanuna görə artıq pozuntu sayılır.

Müxalifət qərarı kəskin tənqid edib. “Proqressiv Slovakiya” partiyasından Martin Pekar hesab edir ki, problemə real həll velosiped yollarının yaxşılaşdırılması olmalıdır:

Əgər yol-nəqliyyat hadisələrini azaltmaq istəyiriksə, təhlükəsiz velosiped zolaqları lazımdır, fiziki cəhətdən mümkünsüz məhdudiyyətlər yox. Bu sürətlə velosipedçi demək olar ki, tarazlıq saxlaya bilmir.

Hətta ölkənin Daxili İşlər Nazirliyi belə qərarı məqsədəuyğun saymayıb və daha məntiqli addımın elektroskuterlərin səkidə hərəkətinin tam qadağan edilməsi ola biləcəyini bildirib.

İctimai reaksiya

Slovaklar sosial şəbəkələrdə sual edir: avtobusa çatmaq üçün qaçanlar indi cərimə olunacaq?

Link kopyalandı!
Son xəbərlər