Ağ Evdə İsrailin Qəzzadakı əməllərinə dair hesabat hazırlanıb
Dünya
742
08:48, Bu gün

Ağ Evdə İsrailin Qəzzadakı əməllərinə dair hesabat hazırlanıb

ABŞ hökumətinin əlində Qəzza zolağında İsrail hərbçiləri tərəfindən insan hüquqlarının pozulmasına dair yüzlərlə dəlilləri var.
 
Moderator.az xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti ABŞ Dövlət Departamentinin Baş Müfəttiş Ofisinin məxfi hesabatına istinadən yayıb.
 
Qəzetin məlumatına görə, hesabatda İsrail ordusunun yüzlərlə insan haqları pozuntusu törətdiyinə dair məlumatlar var və bunların "araşdırılması illər çəkəcək". Qəzet vurğulayır ki, bu, ABŞ-ın "İsrailin Qəzzadakı əməliyyatlarının miqyasını etiraf etdiyi" ilk hesabatdır. Hesabatda yer alan faktlar Lihi Aktının təsir dairəsinə düşür. Bu qanuna əsasən, ABŞ-dan etibarlı məlumatlar əsasında dəqiqləşən kobud insan haqları pozuntuları törədən xarici hərbi birləşmələrə hərbi yardım göstərməmək tələb olunur.
 
"WP"-nin məlumatına görə, hesabat 10 oktyabrda Qəzzada atəşkəs rejiminin qüvvəyə minməsindən bir neçə gün əvvəl hazırlanıb. 
Link kopyalandı!
Son xəbərlər