04:22
                            
8°C
                                            
                                            Bakı
                                         
                            İstanbulda sui-qəsd nəticəsində öldürülən vəkil Serdar Öktemin qətlini sifariş verməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.
Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılan "Alican Çakır" ləqəbli Əli Gülmalızadədir.
Türkiyə mətbuatı onun Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Onun oktyabrın 23-də keçirilmiş xüsusi əməliyyat zamanı Rusiya paytaxtında saxlanıldığı bildirilir.
Gülmalızadənin Türkiyəyə ekstradisiyası üçün müvafiq prosedura başlanılıb.
Xatırladaq ki, Öktem oktyabrın 6-da İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıb.
 
                             
                             
                             
                            