16:05
                            
19°C
                                            
                                            Bakı
                                         
                            Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətinin təqdir edilməsi səviyyəsi rekord dərəcədə aşağı düşərək cəmi 11% təşkil edib.
Moderator.az-ın "Le Figaro" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat "Verian" tədqiqat şirkətinin apardığı sorğunun nəticələrində yer alıb.
Sorğuya əsasən, bu göstərici son bir ayda 5% azalıb. Respondentlərin 84%-i Makronun fəaliyyətini mənfi qiymətləndirib, 5%-i isə cavab verməkdə çətinlik çəkib.
Beləliklə, Makron öz sələfi Fransua Ollandın antirekordunu təkrarlayıb. 2016-cı ilin sentyabrında Ollandın etimad reytinqi də 11% təşkil etmişdi və bu, 1970-ci illərdən bəri aparılan bu tip sorğular arasında ən aşağı göstərici sayılırdı.
 
                             
                             
                             
                            