03:20
7°C
Bakı
Amerikalı sahibkar İlon Maskın atası Errol Mask Rusiya pasportu almaq istədiyini bildirib.
Moderator.az xəbər verir ki, milyarderin atası bunu TASS-a müsahibəsində etiraf edib.
"Əlbəttə, niyə olmasın? Yaxşı sualdır. Təəccübləndim, belə bir sual gözləmirdim. Bəli. Niyə də olmasın? Bu mənim üçün böyük şərəf olardı", - deyə Errol Mask Rusiya pasportu ilə bağlı suala cavab verib.
Qeyd edək ki, məşhur sahibkarın atası Moskva və Kazanda olub.