İranlı dissidenti öldürməyə cəhddə təqsirləndirilən azərbaycanlılar həbs edildilər
Dünya
311
30 Oct 2025 | 22:00

İranlı dissidenti öldürməyə cəhddə təqsirləndirilən azərbaycanlılar həbs edildilər

İki azərbaycanlı ABŞ-də yaşayan iranlı dissident Məsih Əlinecadı öldürməyə cəhddə təqsirli bilinərək həbs edilib.

Moderator.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Nyu-York Məhkəməsi 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərovu uğursuz sui-qəsd işi üzrə 25 il müddətinə azadlıqdan məhrum edib.

Bildirilir ki, adıçəkilən hər iki şəxs Tehranın dəstəyi ilə hərəkət edib və sui-qəsdə görə İslam İnqilabı Keşikçiləri Korpusu 500 min dollar ödəyib.

Qeyd edək ki, Məsih Əlinecad 2009-cu ildə İrandan qaçıb. O, rəsmi Tehranın qadınlara münasibətini açıq şəkildə tənqid edib.

ABŞ-də iranlı dissidenti öldürməyə cəhddə təqsirləndirilən iki azərbaycanlı HƏBS EDİLDİ

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər