07:34
                            
11°C
                                            
                                            Bakı
                                         
                            İki azərbaycanlı ABŞ-də yaşayan iranlı dissident Məsih Əlinecadı öldürməyə cəhddə təqsirli bilinərək həbs edilib.
Moderator.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Nyu-York Məhkəməsi 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərovu uğursuz sui-qəsd işi üzrə 25 il müddətinə azadlıqdan məhrum edib.
Bildirilir ki, adıçəkilən hər iki şəxs Tehranın dəstəyi ilə hərəkət edib və sui-qəsdə görə İslam İnqilabı Keşikçiləri Korpusu 500 min dollar ödəyib.
Qeyd edək ki, Məsih Əlinecad 2009-cu ildə İrandan qaçıb. O, rəsmi Tehranın qadınlara münasibətini açıq şəkildə tənqid edib.

 
                             
                             
                             
                            