Sərnişin külli miqdarda Azərbaycan manatı ilə qaçmağa çalışdı
Dünya
342
30 Oct 2025 | 20:30

Sərnişin külli miqdarda Azərbaycan manatı ilə qaçmağa çalışdı

Moskvanın Şeremetyevo hava limanında gömrük əməkdaşları 110 min ABŞ dollarından çox məbləğdə valyutanın qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıblar.

Moderator.az bildirir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya vətəndaşı İstanbuldan gəlib və Kazan şəhərinə uçmaq niyyətində olub. Lakin o, tranzit baqajında aşkarlanan pulu bəyan etməyib. Bunun ardınca sərnişin təyyarədən endirilib və saxlanılıb.

Yoxlama zamanı kişinin üzərindən müxtəlif ölkələrin valyutaları - Türkiyə lirəsi, Azərbaycan manatı, Braziliya realı, Danimarka kronu, Hindistan rupisi, Rumıniya leyi və Serbiya dinarı tapılıb. Ümumi məbləğ 110 634 ABŞ dolları ekvivalentində olub.

Sərnişin əvvəlcə baqajın içindəkiləri göstərməkdən imtina edərək qaçmağa cəhd edib, lakin gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda onun barəsində "xüsusilə böyük miqdarda nağd vəsaitlərin qaçaqmalçılığı" maddəsi üzrə cinayət işi açılması məsələsi araşdırılır. Bu maddəyə görə, dörd ilədək azadlığın məhdudlaşdırılması və ya qanunsuz daşınan məbləğin 10-15 misli həcmində cərimə nəzərdə tutulur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər