Braziliya polisi qanqster yeniyetməni işgəncə ilə öldürdü
Dünya
595
30 Oct 2025 | 19:10

Braziliya polisi qanqster yeniyetməni işgəncə ilə öldürdü

Braziliyada polis cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyat zamanı həddindən artıq qəddarlıqda ittiham olunub. Hüquq-mühafizə orqanlarının hərəkətləri cəmiyyətdə rezonans doğurub.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Söhbət yeniyetmə qanqsterin başının kəsilərək, ağacdan asılmasından gedir. Əməliyyat ölkəyə COP30 iqlim sammitinin iştirakçılarının gəlişindən əvvəl həyata keçirilib və Braziliyanın kriminal "gecəqondu" məhəllələrində ən qanlı reyd olub.

Polisin hərəkətləri Braziliya cəmiyyətini iki yerə parçalayıb: ölənlərin qohumları onların məhkəmədənkənar edamlarını pisləyib, ştat hakimiyyəti isə əməliyyatı uğurlu adlandırıb. Qeyd olunur ki, onlar Rio-de-Janeyronun böyük ərazilərini ələ keçirmiş güclü narkokartellərə qarşı mübarizə aparıblar.

Rəsmi məlumata görə, toqquşmalar nəticəsində ən azı 132 nəfər ölüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər