Ukrayna kiber-qoşunlar yaradır: Məqsəd nədir?
Dünya
793
18:30, Bu gün

Ukrayna kiber-qoşunlar yaradır: Məqsəd nədir?

"Yeni strategiyanın mahiyyəti kibermüdafiədən hücuma  keçiddir..."

Təxminən dörd il əvvəl başlayan proses Ukrayna üçün yeni bir hərbi sahənin - kiber-qoşunların yaradılmasına yaxınlaşır. Oktyabrın 9-da Ali Rada qanun layihəsini birinci oxunuşda qəbul edib, Baş Qərargah isə sənəd təsdiqlənmədən əvvəl hazırlıqlara başlayıb. 

Kiberqoşunların yaranması

BBC nəşrinin məlumatına görə, qoşunlar bu il və ya gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər. Prosess 2021-ci ildən, prezident Zelenskinin "Dövlətin kiber-müdafiəsi üzrə təcili tədbirlər" qərarını icrasından sonra davam edir. O zaman əsas prioritet kiberqoşunların yaradılması olub, amma qanunvericilik səviyyəsində təsdiq yalnız indi baş tutub.

Funksiyaları və ehtiyac

Kiberqoşunlar Baş Qərargahın birbaşa tabeçiliyində olacaq və düşmənə qarşı kiberəməliyyatlar aparacaq, həmçinin şəbəkədə kəşfiyyat həyata keçirəcək. Ukrayna əvvəldən belə əməliyyatlar aparıb: dövlət qurumları rus şirkətlərinin məlumat bazalarını sındırmaq və dövlət saytlarına hücumlar barədə ictimaiyyətə hesabat verib. 

Eyni zamanda, "IT ordusu" 200 min mütəxəssislə kiber müdafiə və hücum əməliyyatlarını həyata keçirir. Yeni strukturun yaradılmasının əsas səbəbi isə müdafiə və hücum funksiyalarının ayrı saxlanmasıdır. Ekspertlər bildirir ki, bir qurum həm müdafiə, həm hücumu effektiv icra edə bilməz.

Haker rezervi və beynəlxalq tənzimləmə

Kiberqoşunların özəl xüsusiyyəti "haker rezervi"dir: əməliyyatlara həm hərbçilər, həm də mülki hakerlər cəlb ediləcək və uğurlu əməliyyatlarda milyonlarla qrant mükafat alacaq. Bu struktur həm də beynəlxalq hüquqi məsuliyyəti nəzərə alır. Xarici serverlərə hücum hüquqi məsuliyyət doğura bilər, qanun isə həm hərbi, həm də mülki iştirakçıları kombatant statusu ilə tanıyacaq.

Hazırda Ukrayna vahid komandanlıq altında kiberəməliyyatları idarə etməyi və "Petya" tipli virus hücumlarının təkrarlanmasının qarşısını almağı planlaşdırır. Polkovnik İvan Pavlenko bildirir ki, Ukrayna artıq kiber müdafiədə yetərincə gücə malikdir və belə hücumların təkrarlanma ehtimalı azdır.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər