01:35
9°C
Bakı
İran əhalisinin orta yaş həddi artaraq 35-ə çatıb. Ölkənin 86 milyon əhalisinin təxminən 6 milyon nəfərinin yaşı 65-i ötüb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu rəqəmlər İran Statistika Mərkəzinin son hesabatında yer alıb.
Mərkəzin məlumatına görə, bu göstəricilər yaşlanma prosesinin sürətləndiyini və İran cəmiyyətinin yaş strukturunun dəyişdiyini göstərir.
Ekspertlər həyəcan təbili çalaraq xəbərdarlıq edirlər ki, əgər bu tendensiya davam edərsə, ölkə yaxın onilliklərdə tamamilə "qocalan cəmiyyət" mərhələsinə qədəm qoyacaq.