Dünya
631
30 Oct 2025 | 17:52

"Pavel Durovun dostu" yarım milyard dollar oğurlayaraq Afrikaya qaçdı

Rusiyalı kriptovalyuta treyderi Roman Novak ("Pavel Durovun dostu") investorları 500 milyon dollar dəyərində aldadaraq, Cənubi Afrikaya qaçıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, onun müştəriləri arasında Çin və Yaxın Şərqdən olan iş adamları, Ukrayna təhlükəsizlik qüvvələri və hətta adı açıqlanmayan Dövlət Dumasının deputatı da var.

Novak mürəkkəb bir sxem hazırlayıb: o, kriptoköçürmələr üçün ukraynalı developerlərdən "Fintopio" tətbiqini sifariş edib və böyük İT şirkətləri ilə əlaqələrini əsas gətirərək investisiyalar cəlb edib. O, xüsusilə Pavel Durov və ərəb şahzadələri ilə əlaqələrini vurğulayıb.

İnvestorlar milyonlarla dollar köçürdükdən sonra treyder yoxa çıxıb. Developerlər maaşsız, investorlar isə pulsuz qalıblar. Zərərçəkənlər vəsaitlərini geri almaq ümidi ilə polisə məlumat etmirlər. Novakın qoyduğu izlər oğurlanmış pulların gedib çıxdığı Keyptauna aparır.

Bu, Novakın ilk fırıldağı deyil. O, daha əvvəl dörd milyon dollar oğurluğuna görə məhkum edilib, daha sonra Dubaya qaçıb və orada "Telegram"da tokenlərlə yeni layihəni işə salıb. Sentyabr ayında onun fəaliyyəti ilə əlaqədar olaraq, Rusiya hüquq-mühafizə orqanları Moskva kriptovalyuta birjalarında ikihəftəlik axtarışlar apararaq onun əməliyyatlarının izlərini tapmağa çalışıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər