Putin xarici jurnalistlərin Ukrayna ordusunun mühasirədə olduğu ərazilərə girişinə icazə verib
Dünya
481
17:40, Bu gün

Putin xarici jurnalistlərin Ukrayna ordusunun mühasirədə olduğu ərazilərə girişinə icazə verib

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı qüvvələrinə xarici jurnalistlərin Krasnoarmeysk, Dimitrov və Kupyanskda Ukrayna ordusunun mühasirədə olduğu ərazilərə maneəsiz girişini təmin etməyi əmr edib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri xarici jurnalistlərin və Rusiya hərbçilərinin təhlükəsizliyinə zəmanət olmaqla 5-6 saat ərzində hərbi əməliyyatları dayandırmağa və xarici media üçün dəhlizlər təmin etməyə hazırdır.

"Rusiya Müdafiə Nazirliyi, Ukrayna Silahlı Qüvvələrinin mühasirədə olduğu Krasnoarmeysk, Dimitrov və Kupyansk bölgələrinə xarici jurnalistlərin səfər etmələrini təmin etmək üçün prezident Vladimir Putindən əmr alıb. Ukrayna jurnalistləri Ukrayna Silahlı Qüvvələri komandanlığının tələbi ilə bu ərazilərə baş çəkə biləcəklər. Rusiya komandanlığı zəruri hallarda bu ərazilərdə hərbi əməliyyatları 5-6 saat ərzində dayandırmağa hazırdır.

Həmçinin, həm jurnalistlər, həm də Rusiya hərbçiləri üçün təhlükəsizlik zəmanətləri nəzərə alınmaqla, Ukrayna media qrupları da daxil olmaqla, xarici media qrupları üçün maneəsiz giriş-çıxış dəhlizləri təmin etməyə hazırdır", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər