20:47
10°C
Bakı
İranda molla rejiminə qarşı etirazların rəmzinə çevrilən "əmmamə ovu" aksiyası yenidən başlayıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, siyasi mühacirətdə olan iranlı jurnalist Məsih Əlinecad bununla bağlı öz "Telegram" kanalında paylaşım edib.
Bildirilir ki, son günlər, ələlxüsus Məşhəd şəhərində gənclər rejimə etirazlarını küçədə qarşılarına çıxan hökumət mollalarının başlarındakı əmmamələri qoparıb yerə çırpmaqla bildirirlər.