23:45
10°C
Bakı
Rusiya ordusu bu gün “Smerç” reaktiv yaylım atəşi sistemi ilə Slavyansk şəhərini atəşə tutub, 3 dinc sakin ölüb.
Moderator.az xəbər verir ki, bu barədə hadisə yerində olan jurnalist Sergey Qorbatenko məlumat verib.
Slavyansk şəhərinin meri Vadim Lyaxın sözlərinə görə, çoxmərtəbəli və fərdi yaşayış evləri, eləcə də istilik sistemi və avtomobillər zədələnib.
Hazırda hadisə yerində xilasedici və təcili yardım xidmətləri çalışır. Yaralıların sayı dəqiqləşdirilir.