Rusiya Suriyadakı hərbi bazalarına uçuşları bərpa edib
Dünya
553
17:07, Bu gün

Rusiya Suriyadakı hərbi bazalarına uçuşları bərpa edib

Rusiya Suriyanın Latakiya vilayətində yerləşən Hmeymim hərbi aviabazasına uçuşları yarım illik fasilədən sonra yenidən bərpa edib.

Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Bildirilir ki, uçuşlar Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın yeni Prezidenti Əhməd Əl-Şaraa arasında Moskvada baş tutan görüşdən bir həftə sonra başlayıb.

Məlumata görə, oktyabrın sonunda bazaya Rusiyaya məxsus İl-62M və An-124-100 “Ruslan” tipli təyyarələr enib. Kremlə yaxın mənbə agentliyə Rusiya hərbçilərinin Latakiyaya qayıtdığını təsdiqləyib.

Hazırda Moskva və Dəməşq arasında aparılan danışıqlar Rusiyanın Suriyadakı hərbi obyektlərinin gələcəyi və diplomatik münasibətlərin bərpası məsələlərini əhatə edir.

Bəşər Əsədin devrilməsindən sonra Moskva müvəqqəti olaraq Suriyadakı bazalara nəzarətini itirmiş, Rusiya donanması Tartus limanından hərbi texnikanı çıxarmağa başlamışdı.

Link kopyalandı!
Son xəbərlər