ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri general Maykl Flinn Donald Trampın nüvə silahlarının sınaqdan keçirilməsi haqqında sözlərindən sonra müharibənin qaçılmazlığını bəyan edib.
Moderator.az-ın məlumatına görə, o, bununla bağlı "X" hesabında yazıb.
"Siyasi kursdakı dəyişikliklər müharibənin xarakterində və aparılmasında dəyişikliklərə səbəb ola bilər. Siyasi məqsədlər daha məhdud olanda isə müharibə qaçılmaz olur", - o vurğulayıb.
Xatırladaq ki, Donald Tramp oktyabrın 30-da "Truth Social"da Pentaqona dərhal nüvə sınaqlarına başlamağı tapşırdığını bildirib. ABŞ liderinin sözlərinə görə, sınaqlar dərhal başlamalıdır və Amerika digər nüvə dövlətləri ilə bərabər əsasda hərəkət edəcək.
Xatırladaq ki, Trampın bu bəyanatı Rusiyada nüvə enerji qurğusu ilə təchiz edilmiş "Burevestnik" və "Poseydon"un uğurlu sınaqlarından sonra səslənib. "Burevestnik"in sınaqları oktyabrın 21-də keçirilib.