Orban neft emalı zavodunda yanğında xaricdən müdaxiləni istisna etməyib
Dünya
304
16:10, Bu gün

Orban neft emalı zavodunda yanğında xaricdən müdaxiləni istisna etməyib

Rəsmi Budapeşt MOL şirkətinə məxsus neft emalı zavodunda (NEZ) baş verən qəzanın arxasında xarici qüvvələrin ola biləcəyini istisna etməyib.

Moderator.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, əsas etibarilə Rusiya xammalı ilə işləyən bu NEZ strateji əhəmiyyətə malikdir və Macarıstanın beş əsas sənaye obyektindən biridir.

"Dünən axşam Sazhalombattadakı neft emalı zavodunda baş vermiş hadisə ilə bağlı daxili işlər nazirinin hesabatını dinlədim. Biz hələ də bilmirik: bu, bir bədbəxt hadisə, nasazlıq idi, yoxsa xaricdən hücum olub", - deyə baş nazir yazıb.

Orban, həmçinin Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ukraynalılara "Drujba" neft kəmərini partlatmağı məsləhət görən bəyanatını xatırladıb.

"Ümid edirik ki, bu baş verməyəcək", - deyə Orban qeyd edib.

Xatırladaq ki, oktyabrın 21-də Budapeştdən 30 kilometr məsafədə Sazhalombatta şəhərində MOL şirkətinə məxsus "Dunay" NEZ-də böyük yanğın baş verib. Bəzi KİV yazıb ki, bu insident təxribat nəticəsində baş verə bilərdi.

Link kopyalandı!
Son xəbərlər