Luvr soyğunu ilə bağlı 6 nəfər SAXLANILDI
Dünya
662
14:39, Bu gün

Luvr soyğunu ilə bağlı 6 nəfər SAXLANILDI

Fransanın paytaxtı Parisdə Luvr muzeyində baş vermiş soyğunçuluqda altı şübhəli saxlanılıb.
 
Moderator.az xəbər verir ki, RTL-in məlumatına görə, soyğunda birbaşa iştirak edən dörd nəfərdən biri əsas şübhəli kimi qeyd olunur.
 
Şübhəlilər Parisin müxtəlif rayonlarında həbs ediliblər və hazırda müstəntiqlər tərəfindən dindirilməkdədirlər.
 
Hadisə ilə bağlı araşdırmalara Almaniyanın hüquq-mühafizə orqanları və İnterpol da cəlb olunub.
 
Xatırladaq ki, Luvr soyğunu 19 oktyabr tarixində baş verib və cəmi yeddi dəqiqə davam edib. Soyğunçular qiymətli əşyaları oğurlayıb, lakin qaçış zamanı iki artefaktı itiriblər. Hazırda digər əşyaların tapılması üçün əməliyyat davam edir və bəzi artefaktların əridilə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
 
Link kopyalandı!
Son xəbərlər