İranda 11 nəfər dar ağacından asıldı
Dünya
758
13:44, Bu gün

İranda 11 nəfər dar ağacından asıldı

İranın bir sıra şəhərlərində yerləşən zindanlarda 11 məhbus dar ağacından asılıb.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
Məlumata görə, bununla bağlı "İranda İnsan Haqları" təşkilatı açıqlama verib.
 
Ölüm hökmləri Baft, Qonbad, Qızılhisar, Sari, Yəzd, Yasuc, Həmədan və Şiraz həbsxanalarında həyata keçirilib.
 
Qeyd olunub ki, asılan məhbuslar narkotik qaçaqmalçılığı və qətldə ittiham ediliblər.
Link kopyalandı!
Son xəbərlər