ABŞ-da azərbaycanlı avtoritetlərə 25 il həbs cəzası...
Dünya
783
11:33, Bu gün

ABŞ-da azərbaycanlı avtoritetlərə 25 il həbs cəzası...

ABŞ-da iranlı jurnalist və dissident Məsih Əlinejada sui-qəsd hazırlayan iki şəxs 25 il həbs cəzasına məhkum edilib.
 
Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Əlinejadın sözçüsü məlumat verib.
 
Bildirilib ki, cinayətkar təşkilatın üzvləri - Rafət Əmirov və Polad Ömərov Manhettendə federal məhkəmə tərəfindən günahkar biliniblər.
 
Məlumata görə, hər 2 şəxs 2022-ci ilin yayında Əlinejada sui-qəsd etmək üçün İran rejimindən sifariş alıblar.
 
Prokurorluq hər iki şəxs üçün 55 il həbs cəzası tələb etmişdi. İttiham olunanların ikisi də Azərbaycan vətəndaşıdır.
 
Xatıqladaq ki, 45 yaşlı Məsih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada İranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun X-də 500 mindən, İnstaqramda isə 8 milyondan çox izləyicisi var.
 
Qeyd edək ki, R.Əmirov və P.Ömərov kriminal avtoritet kimi tanınırlar.
Link kopyalandı!
Son xəbərlər