Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI:
Dünya
437
10:55, Bu gün

Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI: "Zaman məsələsidir"

"Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması zaman məsələsidir".
 
Moderator.az-ın erməni mediasına istinadən xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumu çərçivəsində müzakirələr zamanı bildirib.
 
O qeyd edib ki, hazırda bunun üçün hər hansı ciddi maneə yoxdur.
 
Paşinyanın sözlərinə görə, bunun nə qədər tez zamanda baş verəcəyini deyə bilməz. Lakin o əmindir ki, gün gələcək, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaqlar, normal qonşular olacaqlar.
 
Link kopyalandı!
Son xəbərlər