Bizi sosial şəbəkələrdən izləyin:
"Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması zaman məsələsidir".
Moderator.az-ın erməni mediasına istinadən xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumu çərçivəsində müzakirələr zamanı bildirib.
O qeyd edib ki, hazırda bunun üçün hər hansı ciddi maneə yoxdur.
Paşinyanın sözlərinə görə, bunun nə qədər tez zamanda baş verəcəyini deyə bilməz. Lakin o əmindir ki, gün gələcək, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaqlar, normal qonşular olacaqlar.