Si Cinpin:
Dünya
240
08:38, Bu gün

Si Cinpin: "Çin və ABŞ əsas məsələlərin həlli ilə bağlı konsensusa gəlib"

"Çin və ABŞ iki ölkə arasındakı əsas ticarət və iqtisadi mübahisələrin həlli ilə bağlı əsas konsensusa gəlib".
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Trampla görüşündə bildirib.
 
"İki ticarət və iqtisadi qrupumuz bizi narahat edən əsas məsələlərin həlli ilə bağlı əsas konsensusa gəlib və ümidverici irəliləyiş əldə ediblər", - deyə o bildirib.
 
Si Cinpinin sözlərinə görə, Çin və ABŞ bir-birinə uğur və ortaq rifah əldə etməyə kömək edə bilərlər.
 
"İllər ərzində mən dəfələrlə açıq şəkildə bildirmişəm ki, Çin və ABŞ tərəfdaş və dost olmalıdırlar. Tarix bizə bunu öyrədib və reallıq da bunu tələb edir", - deyə o qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər