Donald Tramp və Si Cinpinin Busandakı görüşü başa çatdı - YENİLƏNİB
Dünya
766
08:16, Bu gün

Donald Tramp və Si Cinpinin Busandakı görüşü başa çatdı - YENİLƏNİB

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyanın Busan şəhərindəki görüşü başa çatıb.
 
Modeator.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
 
Bildirilir ki, ABŞ və Çin liderləri arasında görüş 1 saat 40 dəqiqə davam edib.
 
Kanal hələlik liderlərin görüşünün təfərrüatlarını açıqlamayıb.
 
Danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb. O, həmçinin Çin və ABŞ-nin əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı əsas konsensusa gəldiyini qeyd edib. Tramp da öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini bildirib.
 
"Reuters" agentliyi Trampın danışıqlardan sonra birgə bəyanat vermədiyini və dərhal xüsusi təyyarəsinə doğru getdiyini bildirib.
 
Qeyd edək ki, bundan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.
 
07:23
 
Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində görüşə başlayıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
 
Görüş Kyoncu şəhərində keçirilən Asiya-Sakit Okean Əməkdaşlığı Təşkilatının (APEC) 32-ci qeyri-rəsmi liderlər toplantısı çərçivəsində baş tutur.
 
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
 
Tramp isə görüş ərəfəsində çıxışında “ədalətli ticarət razılaşması”na ümid etdiyini bildirib. ABŞ lideri, həmçinin, Çindən idxal edilən mallara tətbiq edilən əlavə rüsumların azaldılması imkanını da nəzərdən keçirdiyini deyib. Bu rüsumlar əvvəlcə fentanil qaçaqmalçılığı ilə mübarizə adı altında tətbiq olunmuşdu.
 
 
 
Link kopyalandı!
Son xəbərlər