Vaşinqton maraqlı olarsa, Qətər ABŞ və Venesuela arasındakı böhranın həlli üçün vasitəçi kimi çıxış edə bilər, lakin hələlik bu istiqamətdə konkret addımlar atmayıb.
Moderator.az xəbər verir ki, bu barədə ərəb dövlətinin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib.
"Venesuela ilə bağlı səylərimizə gəldikdə, biz bunu Co Baydenin dövründə, iki hökumət qarşılıqlı əlaqəyə başladığı dövrdə başlatdıq. Bu qarşılıqlı əlaqə vətənə qayıdan bir neçə ABŞ vətəndaşının azadlığa buraxılmasına səbəb oldu. İndi Trampın gəlişi ilə onlarla əlaqələri bərpa etdik. Əgər ABŞ hələ də maraqlıdırsa, biz vasitəçilik etməyə və [danışıqlar prosesinin] təşkilinə kömək etməyə hazırıq. Lakin, hazırda konkret və ya əhəmiyyətli bir şey baş vermir", - o bildirib.