Rusiya Federasiyası regionda keçirilən son seçkilərdən sonra öz strategiyasını nəzərdən keçirir və müxtəlif ölkələrin, o cümlədən Moldova Respublikasının siyasi proseslərinə müdaxiləni davam etdirəcək.
Moderator.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib.
Sanduya görə, Moskva diqqətini seçkilərin gözlənilən digər ölkələrə yönəldir, postsovet məkanında və hətta inkişaf etmiş demokratik ölkələrə belə nəzarətini və təsirini qorumağa çalışır.
"Rusiya Federasiyası hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələri gözləmirdilər və indi öz planlarına yenidən baxmağa çalışırlar. Onlar seçkilərin keçiriləcəyi başqa ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar Ermənistanda hökumət üzərində nəzarəti bərqərar etməyə çalışacaqlar", - Maya Sandu Rock FM radiosuna müsahibəsində qeyd edib.