Putinin Ukraynadan Belarus düzəltmək istəyir - Seleznev
Dünya
387
29 Oct 2025 | 22:40

Putinin Ukraynadan Belarus düzəltmək istəyir - Seleznev

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibə apararkən qarşıya qoyduğu əsas məqsəd Kiyevdə ali hərbi və siyasi rəhbərliyi əvəz etmək və bununla da Belarusa bənzər dövlət yaratmaqdır.

Moderator.az xəbər verir ki, bunu hərbi analitik və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznev “Oboz.ua”ya müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiyada yalan mədəniyyəti bütün institutlara nüfuz edib və bu, Kremlin geosiyasi və strateji qərar qəbul etməsinə təsir göstərir. Nümunə kimi ekspert Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Pokrovsk yaxınlığında “Ukrayna Müdafiə Qüvvələrinin beş minlik bir qrupunun mühasirəyə alındığı” barədə bəyanatını misal çəkib. Seleznev deyir ki, bu hekayənin yerdəki reallıqlarla heç bir əlaqəsi yoxdur.

Link kopyalandı!
Son xəbərlər