01:19
16°C
Bakı
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi rəsmi olaraq tanıdığını elan edib.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin keçid hökumətinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Suriya Ərəb Respublikası Kosovonu müstəqil və suveren dövlət kimi rəsmi olaraq tanıdığını bəyan edir. Dəməşq Kosovo Respublikası ilə diplomatik münasibətlərin tezliklə qurulmasını və ikitərəfli əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir", - bəyanatda deyilir.