Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, Ərdoğan bunu Ankarada Cumhuriyyətin 102-ci il dönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik. Dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə görə ona minnətdarlığımı bildirirəm", - Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Beynəlxalq Sülh Mükafatı rəsmi dövlət mükafatıdır. Bu mükafat Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə uyğun olaraq, sülhə, beynəlxalq dostluğa və xoşməramlılığa xidmətlərinə görə təqdim olunur.