İstanbul sahillərində qayıq və kanoe toqquşdu
Dünya
379
29 Oct 2025 | 21:10

İstanbul sahillərində qayıq və kanoe toqquşdu

İstanbulun Beykoz sahillərində qayıq və kanoe toqquşub.

Moderator.az "TRT News"a istinadən xəbər verir ki, səbəbi hələ müəyyən edilməyən toqquşmadan sonra kanoedəki dörd nəfər suya düşüb.

Hadisə yerinə göndərilən dəniz polisi tez bir zamanda suya düşən insanları tapıb və onları təhlükəsiz şəkildə sahilə çıxarıb.

Xilas edilən insanların vəziyyətinin yaxşı olduğu və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığı bildirilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər