ABŞ-nin vitse-prezidenti Trampın təyyarədə qəribə davranışlarını açıqladı
Dünya
1197
29 Oct 2025 | 19:40

ABŞ-nin vitse-prezidenti Trampın təyyarədə qəribə davranışlarını açıqladı

"Uçuşlar zamanı ABŞ prezidenti təyyarənin göyərtəsində gəzişir və sərnişinlərin oyaq qalmasına çalışır".

Moderator.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens "New York Post" qəzetinə müsahibəsində ABŞ lideri Donald Trampın qəribə davranışlarından danışıb.

"Hamı mənimlə zarafatlaşır ki, əgər Donald Trampla 23 saatlıq səfərə çıxırsansa, bəxtin gətirsə, o, cəmi iki saat yatacaq", - Vens gülərək bildirib.

Vitse-prezidentin sözlərinə görə, Ağ Ev rəhbəri bəzən təyyarədə yuxuya gedənləri göstərir və onlarla söhbət etmək üçün media nümayəndələrini belə oyadır.

Link kopyalandı!
Son xəbərlər