Çökən binanın qalıqları altından iki uşağın meyitləri çıxarıldı
Dünya
397
17:30, Bu gün

Çökən binanın qalıqları altından iki uşağın meyitləri çıxarıldı

Kocaelinin Gebze rayonunda yeddimərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında qalan insanların xilasetmə əməliyyatı davam etdirilir.

Moderator.az "Haber Global"a istinadla xəbər verir ki, dağıntılar altında bir ailənin beş üzvü qalıb.

Xilasetmə tədbirlər nəticəsində bir oğlan və bir qız uşağının meyitləri tapılıb, bir nəfər isə xilas edilib.

Hazırda qalan iki nəfərin axtarışları davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər